30 Ən Yaxşı Pulsuz Premium WordPress Şablonu

google-loqo-2
Google Öz Loqosunu Yenilədi
2 Sentyabr 2015
reqemsal-marketinq
Asiyada Rəqəmsal Marketinqin Siması Sürətlə Dəyişir
8 Sentyabr 2015

30 Ən Yaxşı Pulsuz Premium WordPress Şablonu

İnternet aləminə yeni atılanda hər kəs çalışır ki, puluna maksimal qənaət etsin ki, minimal büdcə ilə ilk internet biznesini yaratsın. Bu, təbii bir haldır. Ona görə də yeni bloqqerlər saytın veb dizaynı üçün pulsuz şablonlara üstünlük verir. Əlbəttə, pulunuz cibinizdə qala-qala pulsuz çox gözəl şablonlar tapıb saytınıza professional görkəm verə bilərsiniz. Amma zaman keçdikcə, biznesiniz inkişaf etdikcə mütləq pullu şablon alın. Çünki pulsuz şablonların ən böyük mənfi cəhəti əksər hallarda onun yaradıcılarının texniki dəstək göstərməməsidir. Bundan əlavə, belə şablonlarda həm təhlükəsizliyə cavab verən mütəmadi yenilənmə baş vermir, həm də kodlaşmada və s. başqa texniki problemlər çıxır ki, bu da yalnız zaman və enerji itkisidir.

Amma internet marketinqə yeni başlayarkən, pulsuz sayt şablonlarından istifadə etməkdən çəkinməyin.

Bugünkü məqalədə vaxtınıza qənaət etməyiniz üçün biz sizə ən yaxşı WordPress şablonlarını təqdim edirik.

30 Ən Yaxşı Pulsuz Premium WordPress Şablonu:

MK – Yeni WordPress Şablonu

Bu yeni şablonda başlıq şəkli bütün səhifəni tutur.

Özəllikləri:

–       Sadə, aydın interfeysi və yan panel menyuları ilə seçilir.

–       WP admin daxilində ayarlama panelində şablonun tərtibatını, rəngini, naviqasiya və digər opsiyalarını istədiyiniz kimi seçə bilərsiniz.

Demo | Yüklə

 mk

Cordillera Theme – Cordillera Şablonu

Şablonun HTML5 and CSS3 hissəsi ən son Bootstrap platforması ilə qurulmuşdur.

Özəllikləri:

–       Tamekranlı banner (video və şəkil əlavə etmək imkanı ilə)

–       Drag and Drop builder vasitəsilə şablonun istənilən hissəsini sürüşdürərək yerini dəyişə bilərsiniz.

Demo | Yüklə

Toivo Lite Blog Theme – Toivo Lite Bloq Şablonu

Özəllikləri:

–       Bir və iki sütunlu tərtibat;

–       Başlıq şəkillərindən tutmuş, fon təsvirinədək, dizayn rənginədək hər bir detalı dəyişmək imkanı.

Demo | Yüklə

Sydney Corporate Theme – Sydney Korporativ Şablonu

Özəllikləri:

–       Agentlik portfoliosu üçün nəzərdə tutulmuşdur;

–       Bütöv Ekran Slayderi;

–       Ekran boyu hərəkət edən naviqasiya;

–       Tam rəng seçimi və tənzimi.

Demo | Yüklə

Match Wedding Blog Theme – Match Toy Vebsayt/Bloq Şablonu

Özəllikləri:

–       İstənilən mövzuda bloq üçün yararlı olsa da, bu şablonda iri statik şəkil yeri toy şəkillərinin nümayişi üçün əlverişlidir.

–       WordPress customizer (nizamlayıcı) ilə başlıq şəklini, fon rəngini və eləcə də yan paneldəki vidcetləri (widgets) asanlıqla dəyişmək mümkündür.

Bu şablonun sadə pulsuz və pullu versiyaları mövcuddur. Demo pulsuz versiyaya aiddir.

Demo | Yüklə

Starter One Page WordPress Theme – Starter Birsəhifəli WordPress Şablonu

Özəllikləri:

–       Tam funksionallıq;

–       Aydın portfolio və slayderlər.

Bu şablon top 20 siyahısında ən yaxşı şablonlardan biridir.

Demo|Yüklə

OneEngine Free One Page WordPress Theme – OneEngine Pulsuz Birsəhifəli WordPress Şablonu

Özəllikləri:

–       Daxili Tərtibat aləti ilə asanlıqla şablonun müxtəlif dizayn versiyalarını yarada bilərsiniz;

–       Tamenli slayder isə ziyarətçinin dərhal diqqətini çəkir;

–       Paralaks (parallax) effektli fon isə saytınızı daha da canlı edəcək.

–       Sonsuz sayda rəng sxemi və unikal istifadəçi interfeysi.

Demo | Yüklə

Spacious Multipurpose Responsive Theme – Spacious adlı Çoxməqsədli Aydın Responsiv (Həssas) Şablon

Özəllikləri:

–       Biznes saytları üçün ideal şablon;

–       Bloq tərtibatı, portfolio versiyası və digər geniş imkanlara malik şablon;

–       Postlar üçün 4 növ tərtibat;

–       6 növ dizayn versiyası;

–       Şəkillərin slayddan slayda axımlı keçidi.

Demo|Download

Adament WordPress Theme – Adament Tamekranlı Həssas WordPress Şablonu

Özəllikləri:

–       Bu tamekranlı WordPress şablonu premium fotoqrafiya saytı yaratmaq üçün idealdır;

–       Çoxsaylı imkanları və rəng sxemi ilə seçilir.

 

Demo|Download

 Zenith Wedding WordPress Theme – Zenith Toy WordPress Şablonu

Bootstrap 3 framework əsasında hazırlanıb. Bu sadə və gözəl şablon toy mövzusunda saytlar üçün yaxşı seçim ola bilər.

Demo|Download

Socute Minimalistic WooCommerce Theme – Socute Minimalistik WooCommerce Şablonu

Özəllikləri:

–       Təmiz, minimalist üslubda şablon;

–       Gözoxşayan dizayn;

–       Woo Commerce plaqini sayəsində zəngin WordPress əsaslı onlayn mağaza yaratmaq imkanı (yüzlərlə dizayn versiyası və müxtəlif funksionallıq).

Demo|Download

Hueman WordPress Magazine Theme – Hueman WordPress Jurnal Şablonu

Özəllikləri:

–       Yüksək çözünürlüyə malik jurnal və bloq şablonu;

–       Gözəl şrift seçimi mətni daha oxunaqlı edir;

–       Şablon vidcetlərini idarə etmək üçün tam opsiyalar paketi.

Demo|Download

Under Construction WordPress Theme – Under Construction Pulsuz WordPress Şablonu

Bu sadədizaynlı şablon HTML5 və CSS3 ilə qurulmuşdur.

Demo|Download

Sixteen  Artistic WordPress Theme – Pulsuz Sixteen Bədii WordPress Şablonu

Özəllikləri:

–       Əksər bloqlar üçün uyğundur;

–       Son dərc olunan postlar ana səhifədə cədvəl formasında görünür.

Demo|Download

Retina WordPress Theme – Pulsuz Retina WordPress Şablonu

Özəllikləri:

–       Sadə, həssas şablon planşet və mobil telefon ekranlarına avtomatik olaraq uyğunlaşır;

–       Gözəl dizaynı ilə yanaşı, şablonun asanlıqla nizamlana bilən opsiyaları mövcuddur.

Demo|Download

Attitude WordPress Theme – Attitude WordPress Şablonu

Sadə, responsiv şablon planşet və mobil telefon ekranlarına avtomatik olaraq uyğunlaşır.

Demo|Download

Pytheas Corporate WordPress Theme – Pytheas Korporativ WordPress Şablonu

Özəllikləri:

–       Tamaxımlı şablon korporativ, biznes, portfolio üslublu saytlar üçün uyğundur;

–       Gərəksiz elementlərdən azad minimal dizayna malikdir.

Demo|Download

Alhena Corporate WordPress theme – Alhena Korporativ WordPress Şablonu

Özəllikləri:

–       Təmiz, korporativ şablon;

–       Bütün müasir brauzerləri (Firefox, Chrome, Safari, Opera and Internet Explorer 8, 9 and 10) dəstəkləyir;

–       HTML5 və CSS3 kimi müasir texnologiyalar əsasında qurulmuşdur.

Demo|Download

POINT Multipurpose WordPress Theme – POINT Çoxməqsədli WordPress Şablonu

Özəllikləri:

–       Axımlı, çoxməqsədli və avtomatik uyğunlaşan şablon;

–       Əlavə opsiya panelindən saytın istədiyiniz görünüş versiyalarını, fon və rəng sxemlərini seçə;

–       Eləcə də, şablonun spesifik opsiyalarını tənzimləyə bilərsiniz.

Demo|Download

Sugar & Spice Feminine WordPress Blog Theme – Sugar & Spice Qadın WordPress Bloq Şablonu

Özəllikləri:

–       Toy WordPress bloqu əlavə edilmiş şıq qadın şablonu;

–       Loqonuzu yükləmək, rəngləri və fonu dəyişmək imkanı;

–       3 müxtəlif görünüş versiyası.

 

Demo|Download

Corpo Business Portfolio Theme – Corpo Biznes Portfolio Şablonu

Özəllikləri:

–       Həm şəxsi, həm də korporativ saytlar üçün uyğundur.

Demo|Download

Doke Doke Creative Agency WordPress Theme – Doke Doke Kreativ Agentlik WordPress Şablonu

Özəllikləri:

–       Işlərinizi, layihələrinizi nümayiş etdirmək üçün;

–       Həm agentlik, həm də frilanser saytı üçün yarayır;

–       Prosessional portfolio saytı yaratmaq üçün bütün lazımi opsiyalara malikdir.

Demo|Download

Fruitful Business WordPress theme – Fruitful Biznes WordPress Şablonu

Özəllikləri:

–       Sadə dizayn;

–       Zəngin idarəetmə paneli;

–       Üslub və opsiyaları dəyişmək imkanı.

Demo|Download

TopBest Multipurpose WordPress Theme – TopBest Çoxməqsədli WordPress Şablonu

Özəllikləri:

–       Bu adi şablonlardan deyil;

–       Çoxsaylı funksiya və özəlliyi ilə seçilir;

–       Ön səhifənin 5 cür versiyası mövcuddur;

–       Wpexplorer pluqini əsasında çoxlu qısa kodlar (shortcodes);

–       Vafpress əsaslı SmartPanel adlı daxili idarəetmə paneli.

Demo|Download

Simple Dark Flat WordPress Portfolio Theme – Simple Tündrəngli WordPress Portfolio Şablonu

Özəllikləri:

–       Sadə dizayn;

–       5 növ zəngin rəng sxemi və 2 əsas rəngdən (ağ-qara) ibarətdir;

–       Ana səhifə tam ayarlana bilər;

–       Qısa kodlardan istifadə etməklə, ön səhifənin tam unikal versiyasını yaratmaq mümkündür.

Demo|Download

Vantage Premium WordPress theme – Vantage Premium WordPress Şablonuı

Özəllikləri:

–       SiteOrigin-dən pulsuz çevik, çoxməqsədli şablon;

–       Page Builder, MetaSlider, WooCommerce və s. bu kimi populyar plaqinlər üçün tam dəstək;

–       Biznes, portfolio və ya onlayn mağaza saytları üçün nəzərdə tutulub.

Demo|Download

BigFoot wordpress premium theme for creatives – BigFoot Kreativ WordPress Şablonu

Özəllikləri:

–       Tamekranlı şəkillər və fotoalbomlar;

–       Tamekranlı şəkillərdən şablonun demək olar ki, istənilən yerində istifadə etmək imkanı.

Demo|Download

Tempera Premium WordPress Theme – Tempera Pulsuz Premium WordPress Şablonu

Özəllikləri:

–       Jurnal və bloq da daxil olmaqla, 8 görünüş versiyası;

–       40-dan çox sosial ikon;

–       Tənzimlənəbilən yuxarı bölmə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *